Honduras çempionatında təhlükəli anlar

"Marafon"un müdafiəçisi Andre Orellana Honduras çempionatının 8-ci turunun “Olimpiya” ilə oyununda (0:1) kobud hərəkətlə yadda qalıb.

Sportline.az xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində oyunçu qaçıb və hər iki ayağı ilə mübarizədə digər komandanın iki oyunçusunu - Karlos Pineda və Alman Mejianı birdən yerə yıxıb.

Bu qayda pozuntusuna görə 21 yaşlı Orellana birbaşa qırmızı vərəqə alıb.