Millinin rəqibi heyəti açıqladı

Belçika millisinin Serbiya ilə yoldaşlıq və Azərbaycan millisi ilə AVRO-2024-ün seçmə mərhələ oyunu üçün heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Domeniko Tedesko 26 futbolçuya dəvət göndərib.

Heyətlə tanış olaq:

Amen Əl-Dahil, Yohan Bakayoko, Mişi Batşuayi, Arnaud Bodart, Yannik Karrasko, Timoti Kastan, Kun Kastels, Zeno Debast, Olivye Deman, Jeremi Doku, Vaut Fas, Tomas Kaminski, Romelu Lukaku, Dodi Lukebakio, Orel Manqala, Amadou Onana, Lois Openda, Aleksis Salemakers, Mats Sels, Artur Teat, Yuri Tilemans, Leandro Trossard, Zinyo Vanheusden, Artur Vermeren, Yan Vertongen, Aster Vranks.

Qeyd edək ki, Belçika noyabrın 15-də Serbiya millisini, dörd gün sonra isə Azərbaycan millisini qəbul edəcək.