Dünya çempionatı İTV-də
"İctimai" Televiziya yeni mövsümə start verir.
Sportline.az xəbər verir ki, bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq.
Mundial 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq.