"Kəpəz" 3 futbolçunun xidmətindən məhrum oldu
"Kəpəz" Topaz Premyer Liqasının 8-ci turunda “Zirə” ilə səfər oyununa itkilərlə çıxacaq.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 3 futbolçu “sarı-göylər”ə kömək edə bilməyəcək. Müdafiəçi Azad Kərimov, yarımmüdafiəçilər Əli Səmədov və İlkin Sadıqov zədələndiyi üçüb sözügedən matçı buraxacaqlar. Onlar məşq zamanı zədələniblər.
Qeyd edək ki, "Zirə" - "Kəpəz" görüşü bu gün keçiriləcək.