Qvardiola De Brüynenin zədəsi haqqında danışıb

“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardiola futbolçusu Kevin De Brüynenin zədəsi haqqında məlumat verib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis “Sky Sports” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;

“Kevin De Brüyne günü gündən yaxşılaşır. Zədəsi sağalmağa doğru irəlliyir. Həkimlər dedi ki ən azı 2 həftəyə futbola qayıda bilər. Təbii ki, bu xəbər bizi xoşbəxt edir. Milli fasilədən sonra Kevin bizimlə olacaq”, - deyə Pep Qvardiola bildirib.

Qeyd edək ki, Kevin De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 1 qol və 1 asistlə yadda qalıb.