1-ci liqada 13 günlük fasilə başa çatır

Bu gün Azərbaycan 1-ci liqasında 13 günlük fasilə başa çatacaq.

Sportline.az xəbər verir ki, 20-ci turun ilk günündə 3 matç keçiriləcək.

MOİK "Cəbrayıl"la, "Zaqatala" "Difai" ilə, "Səbail" isə "Bakı Sportinq"lə qarşılaşacaq.

Tura sabah oynanılacaq 2 görüşlə yekun vurulacaq.

2 aprel (cümə axşamı)

15:00. MOİK – “Cəbrayıl” 
Binə qəsəbə stadionu

15:30. “Zaqatala” – “Difai” 
Zaqatala OİK stadionu,

17:00. “Səbail” – “Bakı Sportinq” 
“Bayıl Arena”

3 aprel (cümə) 

15:30. “Şahdağ Qusar” – “Şimal” 

15:30. “Mingəçevir” – “Şəfa”