12 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Bakıda keçirilən Böyük Dəbilqə turniri davam edir.

Sportline.az xəbər verir ki, bu gün qadınların yarışında -63 kq. və 70 kq. çəki dərəcələrində 4, kişilərin mübarizəsində isə -73 və -81 kq. çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. İlkin görüşlər saat 10:00-da başlayacaq.

81 kq

Səid Mollayi - Alfonso Urquiza (İspaniya)

Elcan Hacıyev - Cakomo Qamba (İtaliya)

Zelim Tçkayev - Mustafa Hebib (Bosniya və Herseqovina)

Ömər Rəcəbli - Attila Unqvari (Macarıstan)

63 kq

Aytac Qardaşxanlı - Samalay Yergaliyeva (Qazaxıstan)

Nərgiz Hacıyeva - Habibe Afyonlu (Türkiyə)

70 kq

Südabə Ağayeva - Martina Espozito (İtaliya)

Günel Həsənli - Luisa Bonilla (Kolumbiya)

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.