14 gün sonra klubdan ayrıldı

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" komandası baş məşqçi İrfan Buzla yollarını ayırıb.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis təyinatından 14 gün sonra istefa verib.

Qeyd edək ki, İrfan Buz noyabrın 13-də baş məşqçi təyin edilmişdi. Onun klubdan ayrılma səbəbi bəlli deyil. "Kasımpaşa" 9 turdan sonra Superliqada 12 xalla 10-cu pillədə qərarlaşıb.