16 yaşlı hücumçu "Liverpul"da

"Liverpul" "Derbi Kounti"nun hücumçusu Kayde Qordonu transfer edib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 16 yaşlı oyunçu ilə müqavilə imzalanıb. Mersisayd təmsilçisi ingilis oyunçu üçün təxminən 3 milyon funt ödəyib.

Qordon "Derbi Kounti"nin əsas komandasında 1 matçda oynayıb. Futbolçu "İnstaqram" səhifəsində "Liverpul"la müqavilə imzaladığı bir fotoşəkil paylaşıb.