18 yaşında klub prezidenti oldu
Çeçenistan prezidenti Ramzan Kadırovun oğlu Axmat Kadırov "Axmat" klubunun prezidenti seçilib.
Sportline.az xəbər verir ki, bu haqda championat.com saytı məlumat yayıb.
18 yaşlı Kadırov eyni zamanda Çeçenistan Respublikasının Bədən Tərbiyyəsi və İdman naziridir.
Qeyd edək ki, Kadırov "Axmat"ın prezidenti postunda Maqomed Daudovu əvəzləyib.