19 yaşlı qapıçı eyvandan yıxılaraq öldü

Misir “Əl-Əhli”sinin gənclər komandasının qapıçısı Ziad Ehab 19 yaşında dünyasını dəyişib.

Sportline.az "Kingfut"a istinadən xəbər verir ki, futbolçu martın 13-də səhər saatlarında  eyvandan yıxılıb. Echab aldığı xəsarətlər nəticəsində ölüb. 

Klubun ən istedadlı gənc oyunçulardan birini itirdiyi vurğulanıb.