20 il sonra ilk dəfə

DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Slovakiya ilə matç Malta üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıblar. Bununla da Malta 20 il sonra ilk dəfə səfərdə 2 qol vurmağı bacarıb. Komanda son dəfə belə nəticəni 2001-ci ildə DÇ-2002-nin seçmə mərhələsində Çexiya ilə görüşdə göstərib (2:3).

Qeyd edək ki, Malta hazırda H qrupunda 1 xalla sonuncudur.