"20 ildir belə qazon görməmişdim" - Mourinyo

"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının 1/8 final mərhələsinin "Vitess"lə matç öncəsi Niderland klubunun stadionunun ot örtüyünün vəziyyətini tənqid edib.

Sportline.az xəbər verir ki, o, "Football İtalia"ya açıqlamasında deyib: "Nə baş verdiyini bilmirəm, amma qazonu görəndə çox əsəbiləşdim. 20 ildir ki, Niderlanda gəlirəm və heç vaxt belə qazon görməmişdim. Bu, meydança çox pis vəziyyətidir".

Qeyd edək ki, bu gün keçiriləcək "Vitess" - "Roma" görüşü Bakı vaxtı ilə 21:45-də başlayacaq.

Banner