20 yaşlı qapıçı Azərbaycan çempionatında debüt etdi
“Sabah” gənc qapıçısı Rüstəm Samiqullin üçün Azərbaycan Premyer Liqasında 34-cü turunda “Sumqayıt”a qarşı oyun əlamətdar olub.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiper Premyer Liqada ilk oyununu keçirib. Rüstəm debüt matçında qapısını toxunulmaz saxlamağı bacarıb.
Qeyd edək ki, “Kapital Bank Arena”da keçirilən görüş "Sabah" 4:0 hesablı qələbə qazanıb