"2008-ci ildəki Ronaldonu kim xatırlayır?"

Sabiq UFC çempionu Həbib Nurməhəmmədov futbol oynadığı anların videosunu paylaşıb.

Sportline.az xəbər verir ki, onun öz İnstaqram hesabında yayımladığı videoda rəqibindən yayınaraq qol vurduğu görünür. Həbib paylaşımına “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu etiketləyib və yazıb:  “2008-ci ildəki Ronaldonu kim xatırlayır?”

Portuqaliyalı hücumçu isə Həbibin bu paylaşımına reaksiya verib və bəyənib.