21-ci tur Filip Ozobiç üçün əlamətdar olub

Misli Premyer Liqasının 21-ci turu Filip Ozobiç üçün əlamətdar olub.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 70-ci qolunu vurub.

O, “Zirə” ilə ev oyununda (2:0) fərqlənib. Filip “70”ə 218-ci oyununda çatıb. Onun orta məhsuldarlığı 0,32-yə bərabərdir.

Premyer Liqada 2016/17 mövsümündə debüt edən Ozobiç “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4-5. Qurban Qurbanov - 115

Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8-9. Xaqani Məmmədov - 102

Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14-15. Fərrux İsmayılov - 85

İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22-23. Zaur Ramazanov - 70

Filip Ozobiç - 70

Qeyd edək ki, Ozobiç “23-lük”də karyerasını davam etdirən yeganə futbolçudur.