24 il əvvəl, bu gün...

Tam 24 il bundan əvvəl Türkiyə futbol tarixinin ən böyük uğuru qazanıldı.

Sportline.az xəbər verir ki, 17 may 2000-ci ildə UEFA kubokunun (indiki UEFA Avropa Liqası) finalında "Qalatasaray" "Arsenal"ı penaltilər seriyasında məğlub edərək Türkiyəyə ilk və tək Avropa kubokunu qazandırıb.

Həmin vaxt  "sarı-qırmızılılar"a Fatih Terim rəhbərlik edirdi.

Qeyd edək ki, 2000-ci il UEFA Super Kuboku uğrunda görüşdə isə "Qalatasaray" finalda "Real Madrid"i 2-1 hesabı ilə məğlub edərək növbəti kuboku muzeyinə gətirmişdi.