29 yaşlı futbolçu öldü
Moskva "Spartak"ının keçmiş hücumçusu Aleksandr Kozlov 29 yaşında dünyasını dəyişib
Sportline.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sabiq forvardın tromb damarı qırılıb. O, bu səbəbdən vəfat edib.
Kozlov 2010-2016-cı illərdə "Spartak"ın futbolçusu olub. O, paytaxt klubunun tərkibində 1 qol vurub. Aleksandr Kozlov 2011/2012 mövsümünün Rusiya çempionatının gümüş mükafatçısı və 2014/2015 mövsümünün PFL-in qalibi olub.