3 boksçu, 3 məğlubiyyət

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üç boksçusu rinqə çıxıb. Onların hər üçü elə ilk döyüşündə məğlub olub.

1/8 final

51 kq. Məsud Yusifzadə - Patrik Çinemba (Zambiya) - 0:5

54 kq. Nicat Hüseynov - Finol Sequndo (Venesuela) - 0:5

67 kq. Nəbi İsgəndərov - Tərxan İdiqov (Rusiya) - 1:4

Qeyd edək ki, Tural Sarıyev (48 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mübarizəni dayandırıb. Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə 1/4 finala yüksəliblər. Onların döyüşü mayın 10-da olacaq.