3 günlük istirahət

"Neftçi”  baş məşqçisi Tərlan Əhmədov "İnter” üzərində qələbədən sonra bu oyunda iştirak edən futbolçulara 3 günlük istirahət verib. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, həmin görüşdə iştirak etməyən futbolçular isə sabahdan məşqləri bərpa edirlər. 

Klubun təlim-məşq bazasının meydançasında keçiriləcək hazırlıq prosesi saat 11:00-da başlanacaq.