34 yaşlı futbolçu vəfat etdi

İsveçrəli futbolçu Nikolas Şindelholts xərçəng xəstəliyindən vəfat edib.

Sportline.az "Blick" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi 34 yaşında dünyasını dəyişib.

2020-ci ilin yayında Şindelholtsa xərçəng diaqnozu qoyulub. Oyunçu daha sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Nikolas Şindelholts ölkəsində "Tun", "Lütsern" və "Arau" klublarının formasını geyinib.