38 yaşlı futbolçu ilə müqavilə daha iki il uzadılır
Moskva CSKA-sı klubun canlı əfsanəsi sayılan İqor Akinfeyevlə yola davam edir.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, 38 yaşlı qapıçı ilə müqavilə yenilənəcək.
Yeni anlaşmaya əsasən veteran futbolçu daha iki il paytaxt komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, İqor Akinfeyev 20 ildən artıqdır ki, CSKA-nın formasını geyinir.
Onun "hərbçilər"in heyətində 700 rəsmi oyuna çıxıb.