3x3 basketbol üzrə ilk mərhələnin qalibi müəyyənləşib

"RİOEUGİM 2" komandası 3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”da ilk mərhələnin qalibi olub.

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan ilk mərhələnin final oyununda "RİOEUGİM 2" "Neftçi"yə 21:10 hesabı ilə qalib gəlib.

Həlledici mərhələnin ən güclü basketbolçusu qalib komandanın üzvü Leyla Allahverdiyeva seçilib.

Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.