40 milyon avro qarşılığında satıla bilər
“Mançester Yunayted” klubu ingiltərə futbolçu Markus Reşfordu yanvar ayında satışa çıxaracaq.
Sportline.az “Mail Sport” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Reşfordu 40 milyon avroya satmağa hazırdır.
“Paris Sen-Jermen” Reşfordun xidmətində maraqlıdır.
Qeyd edək ki, 27 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.