53 il sonra gələn nailiyyət
Fransa kubokunun finalında “Nant”ı 5:1 hesabı ilə məğlub edən “Tuluza” titula yiyələnib.
Sportline.az xəbər verir ki, bununla “Tuluza” 1970-ci ildən bəri ölkə kubokunun finalında 5 qol vuran ilk komanda olub.
Sonuncu dəfə 53 il əvvəl “Sent-Etyen” bunu bacarıb. Həmin vaxt adıçəkilən komanda finalda “Nant”ın qapısından 5 cavabsız top keçirib.
Qeyd edək ki, “Tuluza” tarixində ilk dəfə Fransa Kubokunu qazanıb.