AÇ-nin qalibi olsalar, hər futbolçuya 400 min avro veriləcək

Futbol üzrə Almaniya millisi AÇ-2020-ni qazansa, yığmanın hər bir üzvünə böyük məbləğdə mükafat veriləcək.

Sportline.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.

Xəbərdə, Almaniya Futbol Federasiyasının AÇ-2020-ni qazanacaqları halda, hər bir futbolçuya 400 min avro mükafat verəcəyi bildirilib.

Almaniya yığması AÇ-2020-nin F qrupunda Fransa, Portuqaliya və Macarıstanla mübarizə aparacaq.