A seriyasından Bundesliqa klubuna
Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Bolonya” klubunun yarımmüdafiəçisi Mattias Svanberqi transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İsveç millisinin üzvü olan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 32 nömrəli formanı geyinəcək. Bundesliqa təmsilçisi bu transferə görə İtaliya klubuna 9 milyon avro ödəyib.