AÇ-2020: Uels və İsveçrə millisi Bakıya yola düşdü

AÇ-2020-nin A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə milliləri Azərbaycana yola düşüb.

Sportline.az xəbər verir ki, hər iki komanda turnirə hazırlığını Bakıda davam etdirəcək.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə görüşlərinə, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.