AÇ: Aydın Süleymanlı ən reytinqli rəqibə qarşı
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün ikinci turun görüşləri keçiriləcək.
Azərbaycan şahmatçılarından Aydın Süleymanlı yarışın ən yüksək reytinqli iştirakçısı Qaveyn Consla (İngiltərə) üz-üzə gələcək. Nicat Abbasov Xorxe Ferreyra (Portuqaliya), Vasif Durarbəyli Luka Budisavlyeviç (Serbiya) Rauf Məmmədov Martin Petrov (ECU), Riad Səmədov Konstantin Lupulesku (Rumıniya), Nicat Məmmədov Elie Milikov (İsrail) ilə münasibətləri aydınlaşdıracaq.
Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Aydın Süleymanlı, Vasif Durarbəyli, Rauf Məmmədov və Nicat Abbasov ilk turu qələbə, Nicat Məmmədov və Riad Səmədov heç-heçə ilə başa vurub.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışa sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.