AÇ: Levondovski favoritini açıqladı

Polşa millisinin lideri Robert Levondovski Avropa çempionatı ilə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, "Barselona"nın forvardı baş mükafata əsas namizədini də açıqlayıb.

"İngiltərə və Portuqaliya ilə yanaşı Fransa millisini də favorit hesab edirəm. Bu, üç komandadan ən şanslısı isə Fransadır", - deyə təcrübəli futbolçu "RMC Sport"a proqnoz verib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.