AÇ: Rauf Məmmədov rumıniyalıya qarşı
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı sona yaxınlaşır.
Sportline.az xəbər verir ki, bu gün yarışda 10-cu turun qarşılaşmaları keçiriləcək.
Doqquz turdan 7 xalla turnir cədvəlində 2-ci sırada olan Rauf Məmmədov rumıniyalı Daniel-Boqdan Dyak ilə üz-üzə gələcək.
Nicat Məmmədov Mustafa Yılmaz (Türkiyə), Nicat Abbasov Qudmundur Kyartanson (İslandiya), Aydın Süleymanlı Lorin Kosta (İngiltərə), Riad Səmədov Lubomir Ftaçnik (Slovakiya) ilə münasibətləri aydınlaşdıracaq.
Görüşlər Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Hazırda Nicat Məmmədov 6,5 xalla 10-cu pillədə qərarlaşıb.
Nicat Abbasov, Aydın Süleymanlı və Riad Səmədov isə aktivinə 5 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.