AÇ: Rauf Məmmədov zirvəyə yüksəldi

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yarışda altıncı turun qarşılaşmaları keçirilir.

Qara fiqurlarla oynayan Rauf Məmmədov fransalı Maksim Laqardı 48-ci gedişdə təslim edərək, 5,5 xalla turnir cədvəlində vahid lider olub.

Aydın Süleymanlı isə ağ fiqurlarla almaniyalı Stefan Frübinqi yenib.

Nicat Məmmədov David Navara (Çexiya), Nicat Abbasov Viktor Erdoş (Macarıstan) ilə "sülh bağlayıb". 

Riad Səmədovun macarıstanlı Adam Kozakla heç-heçə edib.

Altı turdan sonra Nicat Məmmədov 4,5, Nicat Abbasov 4, Aydın Süleymanlı 3,5 xal toplayıb. Riad Səmədovun isə beş oyundan 2,5 xalı var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.