AÇ: Rauf Polşa, Nicat Fransa şahmatçısına qarşı
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün yarışda yeddinci turun qarşılaşmaları keçiriləcək.
5,5 xalla turnir cədvəlində vahid lider olan Rauf Məmmədov polşalı Kasper Piorun ilə münasibətləri aydınlaşdıracaq.
Nicat Məmmədov Maksim Laqard (Fransa), Nicat Abbasov Velimir İviç (Serbiya), Aydın Süleymanlı Karolis Juksta (Litva), Riad Səmədov Nikolas Küng (İsveçrə) ilə ilə üz-üzə gələcək.
Görüşlər Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Altı turdan sonra Nicat Məmmədov hesabına 4,5, Nicat Abbasov 4, Aydın Süleymanlı 3,5, Riad Səmədov 3 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.