AÇ: Raufdan "sülh", Nicat və Riaddan qələbə
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, yarışda yeddinci turun qarşılaşmaları keçirilib.
Azərbaycan şahmatçılarından Nicat Məmmədov fransalı Maksim Laqardı, Riad Səmədov isveçrəli Nikolas Küngü yenib.
Altı turdan sonra turnir cədvəlində vahid lider olan Rauf Məmmədov dörd oyunluq qələbə seriyasının ardını gətirə bilməyib. Qrossmeysterimiz polşalı Kasper Piorun ilə "sülh bağlayıb".
Nicat Abbasov Velimir İviç (Serbiya), Aydın Süleymanlı Karolis Yuksta (Litva) ilə xalı bölüb.
Yeddi turdan sonra rusiyalı Anton Demçenko və Rauf Məmmədovun hesabında 6 xal var. Şahmatçımız əlavə göstəricilərə görə ikinci yerdədir.
Xallarının sayını 5,5-ə çatdıran Nicat Məmmədov doqquzuncu pilləyə yüksəlib.
Nicat Abbasov aktivinə 4,5, Aydın Süleymanlı və Riad Səmədov 4 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.