"Adana Demirspor" portuqaliylı ulduzla yolları ayırdı
Portuqaliyalı ulduz futbolçu “Adana Demirspor” müqaviləyə xitam verib.
Sportline.az xəbər verir ki, 2023-cü ildə “Adana Demirspor” klubuna transfer olunan Luiş Nani komandadan ayrılmaq üçün komanda rəsmiləri ilə görüşüb.
Təcrübəli cinah hücumçusu baş məşqçi Hikmət Karamanla yola gedə bilmədiyi üçün ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Luiş Nani daha öncə "Fənərbağça" klubunun da şərəfini qoruyub.