Adil Şükürov "Traktorsazi" rəsmiləri ilə görüşüb
"Zirə” Futbol Akademiyasının koordinatoru Adil Şükürov Türkiyə səfəri çərçivəsində Təbrizin "Traktorsazi" klubunun rəsmiləri ilə görüşüb.
Sportline.az xəbər verir ki, mütəxəssis o, səfəri ilə bağlı klubun rəsmi saytına danışıb: "Traktorsazi”nin rəhbərliyi ilə görüşdə gələcək planlardan, klublarda gedən işlərdən, gəncləşdirmə siyasətindən danışıq. Sonda klubun vitse-prezidenti Səid Acullu bizi İrana dəvət etdi ki, gələcəkdə əlaqələrimizi daha da möhkəmləndirək. Onlar biləndə ki, mən futbolçu kimi "Traktorsazi”də oynamışam, daha da çox yaxınlıq etməyə başladılar”.
Bundan başqa, Şükürov qardaş ölkədə Türkiyə U-19 millisinin baş məşqçisi Vedat İnceefe və Türkiyə aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru Tolunay Kafkasla görüşüb.