AFFA bu gün De Byazi ilə bağlı qərar verəcək

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası olacaq.

Sportline.az xəbər verir ki, iclas saat 15:00-da başlanacaq. İclasda baş məşqçi Canni De Byazinin Azərbaycan millisindəki taleyinə də aydınlıq gətiriləcək. İcraiyyə Komitəsi toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlar, lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi, Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklər, Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.

Banner