AFFA Canni De Byazi ilə bağlı qərar verdi
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə uzadılıb.
Sportline.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
65 yaşlı italiyalı mütəxəssis daha bir seçmə mərhələ müddətində seçmə komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdırır.