AFFA Hakimlər Komitəsinin yeni sədri

AFFA Hakimlər Komitəsinə yeni sədr təyin olunub.

Sportline.az xəbər verir ki, bu haqda AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar verilib. 

Qurumun saytının yaydığı xəbərə görə, türkiyəli mütəxəssis Barış Şimşek 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.

46 yaşlı B.Şimşek Türkiyənin FİFA referilərindən biri olub.O, Avropa Liqasının təsnifat mərhələlərində, UEFA Gənclər Liqasında, U-21-lər arasında Avropa çempionatının ümumilikdə 8 oyununda hakimlik edib. B.Şimşek Türkiyə superliqasında isə 160 oyunda baş hakim kimi meydana çıxıb. O, karyerası boyuncu 255 görüşdə fit çalıb.

Banner