AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Oktyabrın 5-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. "Region Liqası”-nın Əsasnaməsinin layihəsinin müzakirəsi

2. 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər

3. Digər məsələlər