AFFA-nın Hesabat konfransı keçirilir

AFFA-nın Hesabat Konfransı başlayıb.

Sportline.az xəbər verir ki, tədbirdə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qatılıblar.

Konfransda futbol ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak edirlər.

AFFA tərəfindən ötən il görülən işlərlə bağlı videorolik yayımlanıb. Həmçinin kişi və qadınlardan ibarət millilərin nəticələri, "Qarabağ"ın UEFA Çempionlar Liqasında çıxışı və bir sıra məqamlarla bağlı məlumatlar verilib. Digər klubların avrokuboklardakı çıxışları haqqında məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.