AFFA nümayəndələri UEFA Grow Konfransında
Avstriyanın paytaxtı Vyanada üçüncü UEFA Grow Konfransı keçirilib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.
Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.