AFFA prezidenti "Keşlə" - "Sumqayıt" matçında
AFFA prezidenti Rövnəq Abdullayev "Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final matçını izləyənlər arasındadır.
Sportline.az xəbər verir ki, milli assosiasiyanın rəhbəri tribunada əyləşib. Abdullayev görüşdən sonra mükafatlandırma mərasimində iştirak edəcək.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşmada ilk hissə oynanılır və hesab "Sumqayıt"ın xeyrinədir - 1:0. Yeganə qolu 3-cü dəqiqədə Əli Qurbani vurub.