Ağasəlim Mircavadov: "Etiraf edək ki, 8 komandanın yarışdığı çempionatdan yaxşı yığma formalaşdırmaq çətindir"

Milli futbol komandamız sabah DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə görüşəcək. Məşqçilər komitəsinin üzvü Ağasəlim Mircavadov bu qarşılaşma ilə bağlı fikirlərini Sportline.az-a bölüşüb:

“Proqnoz vermək çətindir. Heç bunu xoşlamıram da. Amma bilirəm ki, 6 xallıq oyundur. Həm onlar, həm də bizim üçün. İrlandlar da 2-ci pilləni tutmaq istəyirlər. Bizim də buna, ən azından 3-cü yerə yaxşı şansımız var. Qazandığımız 7 xal heç də təsadüf deyil. Oxudum ki, tribunaların dolması gözlənilir, azarkeşlərin oyuna marağı böyükdür. 12-ci oyunçunun dəstəyi çox vacibdir. Onlar sona qədər futbolçularımızı dəstəkləsinlər. Gəlin etiraf edək ki, 8 komandanın yarışdığı çempionatdan oyunçu seçmək, yaxşı yığma formalaşırmaq çətindi. Bu oyun bizim üçün çox vacibdir. Taleyimiz həll olunur. Bu qələbə gələcəkdəki böyük uğurlara təkan verə bilər. Ümidliyik, istəkliyik və inanırıq ki, qələbə bizim olacaq”.