Ağır atletlər Şüvəlana toplaşır

Ağır atletika üzrə növbəti respublika çempionatına hazırlıq başa çatıb. Sportline.az-a federasiyanın mətbuat xidmətindən verilən xəbərə görə, 01-04 mart tarixlərində Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.