Ağır atletlərimiz daha bir sınaq qarşısında

Ağır atletika üzrə seçmə komandamızın üzvləri Ficiyə yollanır.

Sportline.az xəbər verir ki, 01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək. 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Ölkəmizi dünya çempionatında iki atlet təmsil edəcək. Bunlar qızlarda 55 kq çəki dərəcəsində Səbinə Əzimova, oğlanlarda isə 102 kq çəki dərəcəsində Əliş Nəzərovdur.