Akinfeyev "Axmat"la oyuna xüsusi kapitan sarğısı ilə çıxacaq
ÇSKA-nın qapıçısı İqor Akinfeyev Premyer Liqanın 10-cu turunda keçiriləcək "Axmat"la görüşə xüsusi kapitanlıq sarğısı ilə çıxacaq.
Sportline.az xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Rusiyalı qolkiper komandanın rəhbəri Aleksandr Stelmaxa dəstək mesajları yazılan sarğı ilə meydana olacaq. Aleksandr bu yaxınlarda əməliyyat olunub və hazırda reabilitasiya kursu keçir.
Qeyd edək ki, VEB Arenada keçiriləcək qarşılaşma 15:00-da başlayacaq.