Aksel Disasi karyerasını İspaniya davam etdirə bilər

Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən fransalı futbolçu Aksel Disasi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Fabris Houkinsin məlumatına istinadən xəbər verir ki, "Vilyareal" Disasini transfer etmək üçün hərəkətə keçib.

27 yaşlı stoperin transfer qiyməti 30 milyon avrodur. O, ötən mövsümü 27 matçda 2 qol 2 asistlə tamamlayıb.

Qeyd edək ki, Disasi müqavilə əsasında Londonun "Çelsi" klubuna məxsusdur.