Albaniya millisi Azərbaycana qarşı bu heyətlə oynayacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək 20 yaşadək futbolçulardan ibarət Albaniya seçməsinin heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Alban Buşi Antalyadakı toplanışa 22 futbolçu dəvət edib:
Qapıçılar: Klevis Hasanbelli, Yorqo Muka;
Müdafiəçilər: Leonardo Maloku, Şakir Tafa, İmer Şaba, David Domqyonas, Arbnor Mukolli, Kristian Buşay;
Yarımmüdafiəçilər: Brayan Tola, Conatan Laytia, Qleydis Ndraxi, Klevis Perkeqi, Fabio Sakay, Kevin Çela, Arber Başa, Rey Nuriu, Dionis Çikani, Belaydi Pusi, Eryon Draqoy, Anxelo Mumayesi;
Hücumçular: Nazmi Qripşi, Erisildo Smaci.
Qeyd edək ki, Azərbaycan (U-21) və Albaniya (U-20) komandaları arasında iki oyun keçiriləcək. Birinci görüş yanvarın 21-də, növbəti qarşılaşma 5 gün sonra olacaq.