Aleks de Souza istefaya göndərildi
Braziliya B seriyası təmsilçisi "Avai" baş məşqçisi Aleks de Souza ilə yolları ayırıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın uğursuz nəticələri səbəb olub.
Qeyd edək ki, de Souza 2023-cü ilin yanvarından "Avai"ni çalışdırırdı. Onun rəhbərliyi altına komanda 18 rəsmi matçda 6 qələbə qazanıb, 3 dəfə heç-heçə edib, 9 dəfə uduzub. Komanda son olaraq dünən öz meydanında "Vila Nova"ya 0:3 hesabı ilə məğlub olub.